...

UEFA FİFA-nı boykotla hədələyib

İdman Materials 28 May 2015 14:51 (UTC +04:00)
UEFA rəhbərliyi FİFA-dan mayın 29-a keçirilməsi planlaşdırılan prezident seçkilərini təxirə salmağı tələb edib.
UEFA FİFA-nı boykotla hədələyib

Azərbaycan, Bakı, 28 may /Trend/

UEFA rəhbərliyi FİFA-dan mayın 29-a keçirilməsi planlaşdırılan prezident seçkilərini təxirə salmağı tələb edib.

Trend xarici mətbuata istinadən xəbər verir ki, UEFA tərəfindən FİFA-nın keçirəcəyi seçki boykot olunacaq. Bu barədə açıqlama ilə UEFA-nın baş katibi Canni İnfantino çıxış edib.

Qeyd edək ki, UEFA-nın belə bir tələb irəli sürməsinə səbəb FİFA-da baş verən rüşvət qalmaqalı və 6 məmurun həbs olunmasıdır.

FİFA-nın prezident seçkilərində Yozef Blatter və İordaniya şahzadəsi Əli bin əl-Hüseyn mübarizə aparacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti