...

Azərbaycan çempionatı başa çatdı: bürünc medalın sahibi də məlum oldu

İdman Materials 28 May 2015 23:02 (UTC +04:00)
Bu gün Azərbaycan Premyer Liqasında 2014/2015 mövsümünə yekun vurulub.
Azərbaycan çempionatı başa çatdı: bürünc medalın sahibi də məlum oldu

Azərbaycan, Bakı, 28 may /Trend/

Bu gün Azərbaycan Premyer Liqasında 2014/2015 mövsümünə yekun vurulub.

Trend-in məlumatına görə, sonuncu turda 4 qarşılaşma keçirilib.

"Sumqayıt" doğma meydanda "İnter"i qəbul edib. Oyun meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

"Qəbələ" də "Bakı"ya 3 topla qalib gəlib - 3:0.

"Neftçi" - AZAL oyununda komandalar sülhə razılaşıblar - 1:1.

"Xəzər Lənkəran" - "Simurq" matçında isə azarkeşlər qol üzünə həsrət qalıblar - 0:0.

Beləliklə, cari futbol çempionatının qalibi "Qarabağ", 2-ci yerin sahibi isə "İnter" olub. Bürünc medal "Qəbələ"nindir.

Xəbər lenti

Xəbər lenti