...

Şahin Diniyevin köməkçiləri müəyyənləşdi

İdman Materials 29 May 2015 17:36 (UTC +04:00)
"Kəpəz" klubunun yeni baş məşqçisi təyin olunan Şahin Diniyevin köməkçiləri müəyyənləşib.
Şahin Diniyevin köməkçiləri müəyyənləşdi

Azərbaycan, Bakı, 29 may /Trend/

Növbəti mövsüm Premyer Liqada çıxış edəcək "Kəpəz" klubunun yeni baş məşqçisi təyin olunan Şahin Diniyevin köməkçiləri müəyyənləşib.

Trend Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, 49 yaşlı çalışdırıcı yeni işinə yeni heyətlə başlayacaq. Onun köməkçilərinin əksəriyyəti gəncəli mütəxəssislərdir.

Ş.Diniyevin əsas köməkçisi Məşqçilər Komitəsində onunla birgə çalışan Şakir Qəribov olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti