...

Amrahbank Futbol Klubu Azərbaycanın çimərlik futbol tarixində ilkə imza atdı

İdman Materials 9 İyun 2015 10:41 (UTC +04:00)
Amrahbank Futbol Klubu Azərbaycanın çimərlik futbol tarixində bir ilkə imza atıb.
Amrahbank Futbol Klubu Azərbaycanın çimərlik futbol tarixində ilkə imza atdı

Azərbaycan, Bakı, 9 iyun /Trend/

Amrahbank Futbol Klubu Azərbaycanın çimərlik futbol tarixində bir ilkə imza adıb.

İtalyanın Katanya şəhərində keçirlimiş Avropa Çempionlar Liqası turniri (Euro Winners Cup 2015) yekunlaşıb.

Bankdan Trend-ə verilən məlumata görə, turniridə Azərbaycanı Amrahbank Fufbol Klubu təmsil edib. Yarışların ilk günündə Amrahbank Futbol Klubu Rusiyanın Lokomotiv klubu ilə qarşılaşdı və oyun təəssüflər olsun ki, "Lokomotiv"in qələbəsi ilə başa çatıb.

Yarışın ikinci günü futbolçularımız "Monpelye" Fransa Futbol Klubuna 6-5 hesabı ilə qalib gələrək, yarışın ikinci mərhələsinə çıxma iddiasını bir daha nümayiş etdirdilər. Qrupun son həlledici oyununda Amrahbank Futbol Klubu böyük əzmkarlıq göstərərək Rumıniyanın "Constanta" klubu üzərində 10-8 hesabı ilə inamlı qələbə qazanaraq 1/8 final mərhələsində iştirakını təmin edib.

Azərbaycanı təmsil edən Amrahbank "pley-off" mərhələsində İspaniyanın "Bala Azul" klubunu 9-5 hesabı ilə məğlub edərək, adını Avropanın 8 ən güclü klubunun arasına yazmaqla, eyni zamanda turnirin 1/4 mərhələsinə vəsiqə qazandı və Azərbaycanın çimərlik futbol tarixində bir ilkə imza atıb.

1/4 finalda İtaliyanın "Kataniya" klubuna 2:3 hesabı ilə uduzan klubumuz 5-8-ci yerlər uğrunda Portuqaliyanın "Braqa" komandası ilə qarşılaşdı və görüş klubumuzun 3:4 hesablı məğlubiyyətilə başa çatıb.

Azərbaycanın Amrahbank Futbol Klubu turnirdəki son matçını Polşanın "Lodz" klubuna qarşı keçirərək 28 komanda arasında yarışı yüksək 7-ci pillədə başa vurub.

Bu münasibətlə bütün futbol azarkeşlərini və Amrahbank kollektivinn bütün üzvlərini təbrik edirik, komandamıza gələcəkdə daha yüksək nailiyyətlər arzu edirik!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti