...

Ən bahalı futbol brendi

İdman Materials 9 İyun 2015 21:44 (UTC +04:00)
Bahalı brend meyarı klubların dünya üzrə fanatlarının sayı və sərfəli reklam müqavilələrinə görə müəyyənləşdirilir.
Ən bahalı futbol brendi

Azərbaycan, Bakı, 9 iyun /Trend/

İngiltərənin "Mançester Yunayted" komandası dünya futbolunda ən bahalı brendə çevrilib.

Trend-in "İnterfaks" agentliyinə istinadən verdiyi məlumata əsasən, Münhen "Bavariya"sını qabaqlayan "Mançester Yunayted"in brend dəyəri 1,2 milyard dollardır.

Ötən il bu rəqəm 739 milyon dollar təşkil edib. Bahalı brend meyarı klubların dünya üzrə fanatlarının sayı və sərfəli reklam müqavilələrinə görə müəyyənləşdirilir.

Bu il bahalı brend 10-luğuna İngiltərənin 6 klubu daxil olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti