...

AFFA-nın baş katibi UEFA-da komitə üzvü seçilib

İdman Materials 30 İyun 2015 21:27 (UTC +04:00)
UEFA İcraiyyə Komitəsinin bu gün keçirilən iclasında bir sıra qərarlar qəbul olunub və İdarəetmə və Audit Komitəsinin tərkibi müəyyənləşib.
AFFA-nın baş katibi UEFA-da komitə üzvü seçilib

Azərbaycan, Bakı, 30 iyun /Trend/

UEFA İcraiyyə Komitəsinin bu gün keçirilən iclasında bir sıra qərarlar qəbul olunub və İdarəetmə və Audit Komitəsinin tərkibi müəyyənləşib.

Trend AFFA-nın saytına istinadən məlumat verir ki, qitə futbol qurumu rəhbərliyinin bu məsələ ilə bağlı təklifi İcraiyyə Komitəsində geniş müzakirə olunub və üç ölkənin - Azərbaycan, Avstriya və Finlandiya Futbol federasiyalarının nümayəndələri komitəyə üzv seçilib.

AFFA-nın baş katibi Elxan Məmmədovun da təmsil olunduğu komitənin işi UEFA-nın ayrı-ayrı sahələr üzrə fəaliyyətini, o cümlədən maliyyə məsələlərini audit edəcək, qərarların icrasını və effektivliyini mütəmadi olaraq araşdırmaqla UEFA rəhbərliyinə hesabatlar təqdim edəcək.

Xəbər lenti

Xəbər lenti