...

Hollandiya yığmasına yeni baş məşqçi təyin edildi

İdman Materials 1 İyul 2015 20:38 (UTC +04:00)
Müqavilə bu il avqustun 1-dən qüvvəyə minir.
Hollandiya yığmasına yeni baş məşqçi təyin edildi

Azərbaycan, Bakı, 1 iyul /Trend/

Danni Blind futbol üzrə Hollandiya yığmasının yeni baş məşqçisi təyin edilib.

Trend-in xarici mətbuata istinadən verdiyi məlumata görə, o, Hollandiya Futbol Federasiyası ilə 3 illik müqavilə bağlayıb.

Müqavilə bu il avqustun 1-dən qüvvəyə minir. D.Blind bundan əvvəl yığmaya başçılıq etmiş Qus Hiddinkin assistenti olub.