...

Azərbaycanlı pilot Türkiyə Kartinq Çempionatının 3-cü mərhələsində birinci olub

İdman Materials 3 İyul 2015 18:13 (UTC +04:00)
Gülhüseyn Abdullayev Türkiyə Kartinq Çempionatının 3-cü mərhələsində birinci olub
Azərbaycanlı pilot Türkiyə Kartinq Çempionatının 3-cü mərhələsində birinci olub

Azərbaycan, Bakı, 3 iyul /Trend/

Azərbaycanlı pilot Gülhüseyn Abdullayev Türkiyə Kartinq Çempionatının 3-cü mərhələsində "RMC DD 2" kateqoriyası üzrə birincilik qazanıb. Yarışlar iyunun 27-28-də İzmit Körfəz Yarış Pistində keçirilib.

Azərbaycan Avtomobil Federasiyasından Trend-ə verilən məlumata görə, beş kateqoriyada keçirilən yarışda 23 idmançı mübarizə aparıb. G.Abdullayev sıralamada və üç yarışda birinci olaraq, ümumi nəticədə 3-cü mərhələnin "RMC DD 2" kateqoriyası üzrə qalibi olub. Berk Durak ikinci, Mehmet Çınar isə üçüncü yer tutub.

Ümumilkdə altı mərhələdən ibarət Türkiyə Kartinq Çempionatının dördüncü yarışları avqustun 15-16-da Uşak şəhərində keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti