...

Azərbaycanın velosiped komandası Çində yürüşdə iştirak edir (FOTO)

İdman Materials 5 İyul 2015 13:17 (UTC +04:00)
zərbaycanın kontinental velosiped komandası "Synergy Baku Cycling Project" bu gün Çində start götürən sayca 14-cü "Tour de Qinghai Lake" yürüşündə iştirak edir.
Azərbaycanın velosiped komandası Çində yürüşdə iştirak edir (FOTO)

Azərbaycan, Bakı, 5 iyul /Trend/

Azərbaycanın kontinental velosiped komandası "Synergy Baku Cycling Project" bu gün Çində start götürən sayca 14-cü "Tour de Qinghai Lake" yürüşündə iştirak edir. Qeyd edək ki, Beynəlxalq Velosipedçilər İttifaqının 13 mərhələdən ibarət 2-ci kateqoriyalı yarışında 23 komanda iştirak edir ki, onların da içərisində 1 Dünya Turu, 3 Pro-kontinental və 19 kontinental klub var.

Nüfuzlu yarışda "Synergy Baku" 7 velosipedçi ilə təmsil olunur. Sinin şəhərində təşkil olunan ilk dairəvi mərhələdə iştirakçılar şəhər küçələri ilə 121 km məsafə qət ediblər. Komanda üzvlərimizdən ən yüksək göstərici Yannis Tamuridisə məxsusdur - o, finişi mərhələ qalibi, Sloveniyanın "Adria Mobil" komandasının üzvü Marko Kumpla eyni vaxtda keçsə də, fotofinişə əsasən 6-cı olub. Həmin pelotonun içərisində olan Maksim Averin 12-ci, Aleksandr Surutkoviç isə 14-cü nəticə göstərib.

Sabah iştirakçılar Duobadan Datonqa qədər olan 188 km məsafəni qət etməlidirlər. "Tour de Qinghai Lake" yürüşünə iyulun 18-də yekun vurulacaq.

Xəbər lenti

Xəbər lenti