...

Messi Amerika Kubokunun ən yaxşı futbolçusu mükafatından imtina edib

İdman Materials 5 İyul 2015 23:40 (UTC +04:00)
"Barselona" və Argentina millisinin forvardı Leonel Messi Amerika Kuboku-2015-in ən yaxşı futbolçusu mükafatından imtina edib
Messi Amerika Kubokunun ən yaxşı futbolçusu mükafatından imtina edib

Azərbaycan, Bakı, 5 iyul /Trend/

"Barselona" və Argentina millisinin forvardı Leonel Messi Amerika Kuboku-2015-in ən yaxşı futbolçusu mükafatından imtina edib.

Trend-in xarici KİV-lərə isitnadən veridiyi xəbərə əsasən, bu barədə italiyalı jurnalist Tankredi Palmeri öz Twitter səhifəsində yazıb.

"İnanılmazdır. Messi Amerika Kuboku-2015-in ən yaxşı futbolçusu mükafatından imtina etdi. Ona görə ki, Dünya Çempionatı-2014-dəki kimi alçalmaq istəmədi. Bu hadisə mərasimin on dəqiqə gec başlamasına səbəb olub", - deyə Palmeri yazıb.

Xatırladaq ki, Argentina Kubokun finalında Çili millisinə oyunsonrası penaltilər seriyasında 1:4 hesabı ilə məğlub olub.

Messi turnirdə keçirdiyi altı oyunda 1 qol vurub və 3 məhsuldar ötürmə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti