...

Ölkə kubokunu qazanan klublar Çempionlar Liqasına gedəcəklər?

İdman Materials 7 İyul 2015 20:25 (UTC +04:00)
Öz ölkəsində kuboku qazanan komandalar Çempionlar Liqasında oynayacaqlar.
Ölkə kubokunu qazanan klublar Çempionlar Liqasına gedəcəklər?

Azərbaycan, Bakı, 7 iyul /Trend/

Öz ölkəsində kuboku qazanan komandalar Çempionlar Liqasında oynayacaqlar.

Trend-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bunu Rusiya Futbol Premyer Liqasının prezidenti Sergey Pryadkin deyib.

Onun sözlərinə görə, hazırda UEFA bu məsələni müzakirə edir: "Məqsəd ölkə kubokunu qazanan komandaların Avropa Liqasına deyil, Çempionlar Liqasının qrup mərhələsinə birbaşa düşə bilməsidir".

S.Pryadkin qeyd edib ki, çox güman bu təklif qəbul ediləcək: "Müvafiq olaraq, ölkə kuboklarının əhəmiyyəti artacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti