...

"Qəbələ" hücumunu gücləndirir

İdman Materials 27 İyul 2015 19:04 (UTC +04:00)
UEFA Avropa Liqasının III təsnifat mərhələsində "Apollon"la (Kipr) ilk oyunun hazırlıqlarını Bakıda davam etdirən “Qəbələ” növbəti transferini gerçəkləşdirib.
"Qəbələ" hücumunu gücləndirir

Azərbaycan, Bakı, 27 iyul /Trend/

UEFA Avropa Liqasının III təsnifat mərhələsində "Apollon"la (Kipr) ilk oyunun hazırlıqlarını Bakıda davam etdirən "Qəbələ" növbəti transferini gerçəkləşdirib.

Trend klubun saytına istinadən məlumat verir ki, bunadək 11 futbolçunu - Andrey Popoviç, Məhəmməd Mirzəbəyov, Arif Daşdəmirov, Asif Məmmədov, Samir Zərgərov, Vitali Vernidub, Sergey Zenyov, Aleksey Antonov, Georgi Floresku, Vojislav Stankoviçi və Vadim Abdullayevi heyətinə qatan "qırmızı-qaralar" daha bir transferi reallaşdırıb.

Komanda bosniya və herseqovinalı futbolçu Ermin Zetslə 1+1 illik müqavilə imzalayıb. 27 yaşlı hücumçu "Qəbələ"yədək vətənində "İskra" (Buqoyno, 2006-2007), Xorvatiyada "Sibenik" (2007-2010) və "Riyeka" (2014), Türkiyədə "Gənclərbirliyi" (2010-2014), "Balıkəsirspor" (2015) klublarında çıxış edib.

O, Bosniya və Herseqovinanın gənclər və əsas yığmasının da şərəfini qoruyub. 2007-2009-cu illərdə U-21-də 5 oyuna çıxan hücumçu əsas millidə 2008-ci ildə debüt edib. Bu komandada 9 matçda iştirak edən Ermin yeganə qolunu 2010-cu ildə İsveçlə yoldaşlıq oyununda vurub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti