...

"Neftçi" bolqar futbolçunu baxışa çağırıb

İdman Materials 28 İyul 2015 18:09 (UTC +04:00)
Təlim-məşq toplanışını Türkiyənin Afyon şəhərində davam etdirən “Neftçi” klubu daha bir futbolçunu baxışa çağırıb.
"Neftçi" bolqar futbolçunu baxışa çağırıb

Azərbaycan, Bakı, 28 iyul /Trend/

Təlim-məşq toplanışını Türkiyənin Afyon şəhərində davam etdirən "Neftçi" klubu daha bir futbolçunu baxışa çağırıb.

Trend klubun saytına istinadən məlumat verir ki, bolqarıstanlı müdafiəçi Borislav Stoyçev "ağ-qaralar"ın düşərgəsindədir.

28 yaşlı futbolçu vətənində "Vidima-Ralovski", "Çernomorets Burqas", "Nafteks Burqas", "Sliven 2000", "Lyubimets 2007", "Minyor Pernik", və "Beroe Stara Zaqora" klublarında çıxış edib. Sonuncu dəfə "Levski Sofiya"nın formasını geyinib.

Məşqçilər korpusu futbolçunu bir neçə gün sınadıqdan sonra onun komandada qalıb-qalmayacağı ilə bağlı qərar verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti