...

"Qarabağ" sərfəli nəticə ilə qayıdır

İdman Materials 30 İyul 2015 01:49 (UTC +04:00)
Bu gün UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunları keçirilib.
"Qarabağ" sərfəli nəticə ilə qayıdır

Azərbaycan, Bakı, 30 iyul /Trend/

Bu gün UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunları keçirilib.

Trend-in məlumatına görə, turnirdə yeganə təmsilçimiz olan "Qarabağ" səfərdə Şotlandiyanın "Seltik" klubu ilə qarşılaşıb.

Bərabər səviyyədə keçən oyunda meydan sahibləri hesabı yalnız 82-ci dəqiqədə açıblar. Oyunda başqa qol qeydə alınmayıb - 1:0.

Beləliklə, bu hesabı çətin səfər oyununda sərfəli nəticə saymaq olar.

Qeyd edək ki, cavab qarşılaşması bir həftə sonra Bakıda keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti