...

Zaqatalada yeni futbol klubu yaradılır

İdman Materials 31 İyul 2015 17:10 (UTC +04:00)
AFFA İcraiyyə Komitəsi bu gün fövqəladə iclas keçirib.
Zaqatalada yeni futbol klubu yaradılır

Azərbaycan, Bakı, 31 iyul /Trend/

AFFA İcraiyyə Komitəsi bu gün fövqəladə iclas keçirib.

Trend qurumun saytına istinadən məlumat verir ki, iclasda aşağıdakı qərarlar qəbul olunub:

- Peşəkar Futbol Liqasının müraciətinə əsasən "Rəvan" FK-nın 2015-2016-cı il mövsümü üçün Premyer Liqa yarışlarında iştirakı ilə bağlı müraciəti qəbul olunsun;

- 2016-2017-cı il mövsümü üçün lisenziyalaşdırma üzrə qaydalar təsdiq edilsin;

- Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının "Kəpəz Peşəkar Futbol Klubu" İctimai Birliyinin təsis olunmasında digər futbol qurumları ilə birgə təsisçi qismində iştirakı təmin olunsun;

- Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının "Turan Tovuz Peşəkar Futbol Klubu" İctimai Birliyinin təsis olunmasında digər futbol qurumları ilə birgə təsisçi qismində iştirakı təmin olunsun;

- Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının "Zaqatala Peşəkar Futbol Klubu" İctimai Birliyinin təsis olunmasında digər futbol qurumları ilə birgə təsisçi qismində iştirakı təmin olunsun;

Məqalədə:
Xəbər lenti

Xəbər lenti