...

Azərbaycan - Xorvatiya: Biletlər satışdadır

İdman Materials 3 Avqust 2015 15:04 (UTC +04:00)
Avro-2016-nın seçmə mərhələsi çərçivəsində sentyabrın 3-də, saat 21:00-da “Bakcell Arena”da keçiriləcək Azərbaycan – Xorvatiya oyununun biletləri satışa çıxarılıb.
Azərbaycan - Xorvatiya: Biletlər satışdadır

Azərbaycan, Bakı, 3 avqust /Trend/

Avro-2016-nın seçmə mərhələsi çərçivəsində sentyabrın 3-də, saat 21:00-da "Bakcell Arena"da keçiriləcək Azərbaycan - Xorvatiya oyununun biletləri satışa çıxarılıb.

Trend AFFA-ya istinadən məlumat verir ki, biletləri "Bakcell Arena"nın kassalarında, həmçinin Üzeyir Hacıbəyli küçəsi, 48 ünvanında yerləşən Bakcell Müştəri Xidmətləri mərkəzində əldə etmək mümkündür.

Həmçinin biletlərin onlayn satışına start verilib.

Qarşılaşmanın biletlərinin qiyməti kateqoriyadan asılı olaraq 3, 6 və 50 AZN-dir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti