...

"Qəbələ" tarixində ilk dəfə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazandı (VİDEO)

İdman Materials 28 Avqust 2015 00:55 (UTC +04:00)
Avropa Liqasında inamla irəliləyən "Qəbələ" bu gün pley-off mərhələsinin cavab matçına çıxıb.
"Qəbələ" tarixində  ilk dəfə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazandı (VİDEO)

Azərbaycan, Bakı, 28 avqust /Trend/

Avropa Liqasında inamla irəliləyən "Qəbələ" bu gün pley-off mərhələsinin cavab matçına çıxıb.

Trend-in məlumatına görə, "qırmızı-qaralar" Afinada "Panatinaikos"un qonağı olub.

Bu komandalar arasında Bakıda keçirilən oyunda hesab açılmadığından cütün taleyinə Yunanıstanda aydınlıq gəlib.

Gərgin keçən oyunda hesab 2:2 olub. Bu nəticə "Qəbələ"ni tarixində ilk dəfə Avropa Liqasının qrup vəsiqəsinə çıxartdı.

Bununla da Azərbaycanın futbol tarixində ilk dəfə olaraq ölkənin iki komandası "Qarabağ" və "Qəbələ" Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.

Qollar: Dodo, 6 (0:1), Markus Berq, 34 (1:1), Dodo, 60 (1:2), Nano, 78 (2:2)

İlk oyun - 0:0

Məqalədə:
Xəbər lenti

Xəbər lenti