...

Roman Qriqorçuk: "Afinada təzyiq var idi"

İdman Materials 28 Avqust 2015 01:59 (UTC +04:00)
Oyunun ilk dəqiqələrindən yerli azarkeşlərin təzyiqi var idi.
Roman Qriqorçuk: "Afinada təzyiq var idi"

Azərbaycan, Bakı, 28 avqust /Trend/

"Oyunun ilk dəqiqələrindən yerli azarkeşlərin təzyiqi var idi. Bu da komandanın oyununa təsir etdi. Ancaq bu, bizim üçün problem deyildi. Bütün bunlara hazır idik. İlk qoldan sonra rəqibin hücumlarının artırması normal idi. Amma qeyd etməliyəm ki, hücumdakı oyunumuzdan razı qalmadım".

Trend-in Qol.az-a istinadən verdiyi məlumata görə, bu sözləri "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Avropa Liqasının pley-off mərhələsində "Panatinaikos"la 2:2 bərabərə qaldıqları oyundan sonra deyib.

Qriqorçuk Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazandıqları oyundan sonra keçirilən mətbuat konfransında yeni transferin olunacağı ilə bağlı verilən sualı belə cavablandırıb:

"Mən istəyirəm ki, nüfuzlu oyunçu transfer edilsin. Amma ən başlıcası həmin oyunçu hazır olsun. Onun bu mərhələdə yaş fərqi yoxdu. Məsələn, futbolçumuz Aleksey Qayı misal göstərə bilərəm. Ümumiyyətlə, transfer etməmiz mümkün deyil".

Xəbər lenti

Xəbər lenti