...

AFFA-dan uşaqlara hədiyyə (FOTO)

İdman Materials 28 Avqust 2015 12:38 (UTC +04:00)
Azərbaycan Futbol Federasiyası Assosiasiyasının (AFFA) "Futbol festivalı” layihəsi çərçivəsində avqustun 26-da Ağcəbədi rayonunda uşaq futbol məktəbinin üzvləri ilə görüşü keçirilib.
AFFA-dan uşaqlara hədiyyə (FOTO)

Azərbaycan, Bakı, 28 aprel /Trend/

Azərbaycan Futbol Federasiyası Assosiasiyasının (AFFA) "Futbol festivalı" layihəsi çərçivəsində avqustun 26-da Ağcəbədi rayonunda uşaq futbol məktəbinin üzvləri ilə görüşü keçirilib.

Trend-in məlumatına görə, görüşdə AFFA-nın vitse-prezidenti, millət vəkili Rauf Əliyev uşaqlara 200 ədəd idman forması və 50 futbol topu hədiyyə edib.

Tədbirdə çıxış edən R.Əliyev və rayon icra hakimiyyətinin başçısı Şahin Məmmədov ölkəmizdə idmanın inkişafı ilə bağlı dövlət proqramının uğurla həyata keçirilməsindən danışıb vəgələcəyin futbolçularına öz tövsiyələrini veriblər.

Tədbirdə millət vəkilləri Tahir Rzayev və Aqil Abbas da iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti