...

“Qarabağ” və “Qəbələ”nin UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqibləri bəlli oldu (ƏLAVƏ OLUNUB)(SİYAHI)

İdman Materials 28 Avqust 2015 16:45 (UTC +04:00)
Bu gün Bakı vaxtı ilə saat 16:00-da UEFA Avropa Liqasının qrup mərhələsinin püşkatma mərasimi keçirilib.
“Qarabağ” və “Qəbələ”nin UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqibləri bəlli oldu (ƏLAVƏ OLUNUB)(SİYAHI)

Azərbaycan, Bakı, 28 avqust /Trend, müxbir İlkin İzzət/

Bu gün Bakı vaxtı ilə saat 16:00-da Monako şəhərində UEFA Avropa Liqasının qrup mərhələsinin püşkatma mərasimi keçirilib.

Trend-in məlumatına görə, püşkatma nəticəsində 48 komanda 12 qrupa bölünüb. Püşkatmada tarixi uğura nail olaraq qrup mərhələsində mübarizə aparmaq hüququ əldə etmiş Azərbaycanın iki təmsilçisinin - Ağdamın "Qarabağ" və Qəbələnin eyniadlı komandalarının da rəqibləri bəlli olub.

Hər iki klubumuz püşk zamanı 4-cü səbətdə yer alıb. Püşkatmanın nəticələrinə əsasən, C qrupuna düşən "Qəbələ" "Borussiya" (Dortmund, Almaniya), PAOK (Yunanıstan), "Krasnodar" (Rusiya) komandaları ilə mübarizədə öz gücünü göstərməli olacaq.

"Qarabağ" isə J qrupuna düşüb. "Köhlən atlar" növbəti mərhələyə çıxmaq üçün "Tottenhem" (İngiltərə), "Anderlext" (Belçika), "Monako" (Fransa) komandaları ilə mübarizə aparacaq.

Qeyd edək ki, qrup mərhələsinin oyunları 17 sentyabr, 1 və 22 oktyabr, 5 və 26 noyabr və 10 dekabr tarixlərində keçiriləcək.

Xatırladaq ki, "Qəbələ" Yunanıstanın "Panatinaikos" (Yunanıstan) səddini keçməklə tarixində ilk dəfə, "Qarabağ" isə İsveçrənin "Yanq Boyz" klubunu mübarizədən kənarlaşdıraraq UEFA Avropa Liqasının qrup mərhələsində ikinci dəfə oynamaq hüququ əldə edib.

Püşkatmanın ümumi nəticələri:

A qrupu: "Ayaks" (Hollandiya), "Seltik" (Şotlandiya), "Fənərbaxça" (Türkiyə), "Molde" (Norveç)

B qrupu: "Rubin" (Rusiya), "Liverpul" (İngiltərə), "Bordo" (Fransa), "Sion" (İsveçrə)

C qrupu: "Borussiya" (Dortmund, Almaniya), PAOK (Yunanıstan), "Krasnodar" (Rusiya), "Qəbələ" (Azərbaycan)

D qrupu: "Napoli" (İtaliya), "Brügge" (Belçika), "Legiya" (Polşa), "Midtilland" (Danimarka)

E qrupu: "Vilyareal" (İspaniya), "Viktoriya" (Çexiya), "Rapid" (Avstriya), "Dinamo" (Belarus)

F qrupu: "Marsel" (Fransa), "Braqa" (Portuqaliya), "Slovan" (Çexiya), "Qroninqen" (Hollandiya)

G qrupu: "Dnepr" (Ukrayna), "Latsio" (İtaliya), "Sent-Etyen" (Fransa), "Rusenburq" (Norveç)

H qrupu: "Sportinq" (Portuqaliya), "Beşiktaş" (Türkiyə), "Lokomotiv" (Moskva, Rusiya), "Skenderbeu" (Albaniya)

İ qrupu: "Bazel" (İsveçrə), "Fiorentina" (İtaliya), "Lex" (Polşa), "Belenenses" (Portuqaliya)

J qrupu: "Tottenhem" (İngiltərə), "Anderlext" (Belçika), "Monako" (Fransa), "Qarabağ" (Azərbaycan)

K qrupu: "Şalke" (Almaniya), APOEL (Kipr), "Sparta" (Çexiya), "Asteras Tripolis" (Yunanıstan)

L qrupu: "Atletik" (Bilbao, İspaniya), "AZ Alkmaar" (Hollandiya), "Ausburq" (Almaniya), "Partizan" (Serbiya)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti