...

Qurban Qurbanovdan püşkatma ilə bağlı mövqe

İdman Materials 28 Avqust 2015 18:22 (UTC +04:00)
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin püşkatmasını dəyərləndirib.
Qurban Qurbanovdan püşkatma ilə bağlı mövqe

Azərbaycan, Bakı, 28 avqust /Trend/

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin püşkatmasını dəyərləndirib.

Trend-in məlumatına görə, klubun rəsmi saytına açıqlama verən mütəxəssis güclü rəqiblərlə qarşılaşmağın Azərbaycan futboluna faydalı olacağını bildirib:

"Rəqiblər haqqında deyə bilərəm ki, hər birinin dünya futbolunda yeri bəllidir. Qismətimizdə bu rəqiblərlə qarşılaşmaq var imiş. Belə rəqiblərlə qarşılaşmaq, onların Bakıya gəlməsi həm də komanda, azarkeşlər üçün maraqlı olacaq. Bu kimi komandalar eyni zamanda ölkə futbolunda yeni marağın yaranmasına səbəb olacaq".

Xatırladaq ki, "Qarabağ" qrup mərhələsinə "Tottenhem" (İngiltərə), "Monako" (Fransa) və "Anderlext"lə (Belçika) mübarizə aparacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti