...

Yeniyetmə sərbəst güləşçilərimiz Dünya çempionatında medal uğrunda mübarizəyə qoşulur

İdman Materials 29 Avqust 2015 10:30 (UTC +04:00)
Azərbaycan, Bakı, 29 avqust /Trend, müxbir İlkin İzzət/
Yeniyetmə sərbəst güləşçilərimiz Dünya çempionatında medal uğrunda mübarizəyə qoşulur

Azərbaycan, Bakı, 29 avqust /Trend, müxbir İlkin İzzət/

Bu gün yeniyetmələr arasında Ddünya çempionatında sərbəst güləşçilərin mübarizəsi başlayır.

Azərbaycan Güləş Federasiyasından (AGF) Trend-ə verilən məlumata görə, Bosniya və Hersoqovinanın paytaxtı Sarayevo şəhərində yeniyetmə güləşçilərin Dünya çempionatı davam edir.

Çempionatın son günlərində sərbəst güləşçilər yarışacaq. Böyük məşqçi Nazim Əlicanov və məşqçi Vahid Məmmədovun rəhbərliyi altında ölkəmizi Şahin Muxtarov (42 kq), Əsgər Məmmədəliyev (46 kq), İslam Bazarqanov (50 kq), Fərrux Əliyev (54 kq), Fazil Həsənov (58 kq), Orxan Abbasov (63 kq), İsmayıl Abdullayev (69 kq), Əhliman Quliyev (76 kq), Rahid Həmidli (85 kq) və Alimaqomed Alixmayev (100 kq) təmsil edəcək.

Çempionatın beşinci günündə 42, 50, 58, 69 və 85 kq çəkidə sərbəst güləşçilər yarışacaq. İlk görüşlər Bakı vaxtı ilə saat 13:00-da başlayacaq.

42 kq

1/8 final - Malik Heinselman (USA) - Şahin Muxtarov

50 kq

1/16 final - İslam Bazarqanov - Dominik Laritz (SUİ)

58 kq

1/16 final - Gennadi Benoguev (İSR) - Fazil Həsənov

69 kq

1/8 final - İsmayıl Abdullayev - Salvatore Diana (İTA)

85 kq

1/16 final - Rahid Həmidli - Dinislambek Taalaibek (KGZ)

Xatırladaq ki, Dünya çempionatının ilk iki günündə mübarizə aparan yeniyetmə yunan-Roma güləşçiləri yarışı 3 bürünc (Fail İsgəndərov (42 kq), Xancavad Məcidzadə (50 kq), Ülvi Qənizadə (69 kq)) medalla başa vurub.

Çempionatda 5 güləşçi ilə təmsil olunan qızlarımız isə, 1 qızıl (Leyla Qurbanova (52 kq)) və 2 bürünc (Zelfira Ələkbərli (38 kq) və Şəbnəm Əhmədova (56 kq)) medal qazanıb.

CANLI YAYIM linki: https://unitedworldwrestling.org/event/world-championships-2

Məqalədə:
Xəbər lenti

Xəbər lenti