...

Velosipedçimiz Rio olimpiadasına lisenziya üçün növbəti xallarını qazanıb

İdman Materials 31 Avqust 2015 09:57 (UTC +04:00)
Velosipedçimiz Maksim Averin Rio olimpiadasına lisenziya üçün növbəti xallarını qazanıb.
Velosipedçimiz Rio olimpiadasına lisenziya üçün növbəti xallarını qazanıb

Azərbaycan, Bakı, 31 avqust /Trend, müxbir İlkin İzzət/

Velosipedçimiz Maksim Averin Rio olimpiadasına lisenziya üçün növbəti xallarını qazanıb.

Azərbaycan Velosiped İdmanı Federasiyasından (AzVİF) Trend-ə verilən məlumata görə, Azərbaycanın kontinental velosiped komandası "Synergy Baku" növbəti Avropa turunda mübarizə aparıb. Velosipedçilərimiz avqustun 30-da Xorvatiyanın paytaxtı Zaqrebdə start götürməklə Sloveniyanın Novo Mesto şəhərində yekunlaşan birgünlük "Klassik Xorvatiya-Sloveniya" yarışında iştirak ediblər.

Beynəlxalq Velosipedçilər İttifaqının 1.2 kateqoriyalı yürüşündə iştirakçılar 178 km məsafə qət ediblər. "Synergy Baku" üzvlərindən 5 nəfər - Maksim Averin, Yannis Tamuridis, Markus Eybeger, Samir Cəbrayılov və Matey Müqerli finişi yarış qalibi, Sloveniyanın "Adria Mobil" komandasının üzvü Marko Kumpla eyni vaxtda keçiblər - 4 saat, 5 dəqiqə, 6 saniyə.

Fotofinişə əsasən velosipedçilərimizdən ən yüksək nəticə Azərbaycanın Elit yığma komandasının da şərəfini qoruyan Maksim Averinə məxsusdur - 7-ci yer. Bu isə təmsilçimizə Rio-2016 Yay Olimpiya Oyunlarına daha 6 lisenziya xalı qazandırıb. Bununla da Maksimin 4 illiyin zirvə yarışında iştirak üçün topladığı xalların ayı 148-ə çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti