...

Vaqif Cavadov "Qəbələ"də

İdman Materials 31 Avqust 2015 18:24 (UTC +04:00)
“Qəbələ” "Xəzər Lənkəran"ın hücumçusu Vaqif Cavadovun transferini rəsmiləşdirib.
Vaqif Cavadov "Qəbələ"də

Azərbaycan, Bakı, 31 avqust /Trend/

"Qəbələ" "Xəzər Lənkəran"ın hücumçusu Vaqif Cavadovun transferini rəsmiləşdirib.

Trend-in klubun saytına istinadən verdiyi məlumata görə, Qəbələ təmsilçisi "transfer pəncərəsi"nin son günündə Azərbaycan millisinin futbolçusunu heyətinə qatıb.

V.Cavadovla 4 aylıq anlaşma əldə olunub. 26 yaşlı futbolçu ilin sonuna kimi "Qəbələ"də icarə əsasında çıxış edəcək.

Qeyd edək ki, V.Cavadov "Qəbələ"yədək Rusiya MOİK-nin əvəzedici heyətində (2000-2007), "Qarabağ" (2007-2010, 2012-2013), Hollandiya "Tvente"si (2010-2011) "Bakı" (2010-2011), Nijni-Novqorod "Volqa"sı (2011-2012), "İnter" (2013-2014), Türkiyənin "Qaziantep Böyükşehir Bələdiyyə" və "Boluspor" (2014-2015) klublarında legioner həyatı yaşayıb. 2015-ci ilin yayında "Xəzər Lənkəran"a keçən V.Cavadov Azərbaycan milli komandasında 58 qarşılaşmada 9 qol vurub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti