...

Poloçularımız Avropa çempionatında ilk qələbələrini qazandılar

İdman Materials 4 Sentyabr 2015 21:26 (UTC +04:00)
Binə qəsəbəsindəki “Elit Atçılıq və Polo” klubunda polo üzrə Avropa çempionatına start verilib.
Poloçularımız Avropa çempionatında ilk qələbələrini qazandılar

Azərbaycan, Bakı, 4 sentyabr /Trend/

Binə qəsəbəsindəki "Elit Atçılıq və Polo" klubunda polo üzrə Avropa çempionatına start verilib.

Azərbaycan Respublikası Atçılıq Federasiyasından (ARAF) Trend-ə verilən məlumata görə, yarışın ilk turunda Azərbaycan seçmə komandası Almaniya idmançıları ilə qarşılaşıb. Görüş həmyerlilərimizin 9:7 hesablı qələbəsi ilə başa çatıb.

Ardınca meydana İspaniya və İtaliya komandaları çıxıblar. Qarşılaşmada İspaniya kollektivi italyanları 10:4 hesabı ilə məğlub edib.

İlk yarış gününün son görüşündə isə İsveçrə seçməsi İrlandiya millisinə 9:6 hesabı ilə qalib gəlib.

Sabah Avropa çempionatında oyunların ikinci günü keçiriləcək. İlk görüşdə meydana Azərbaycan və İtaliya komandaları çıxacaqlar. Görüş saat 17:00-da başlayacaq. Saat 18:00-da İsveçrə - İspaniya, 19:15-də isə İrlandiya - Almaniya qarşılaşmaları keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti