...

FİFA-nın baş katibi vəzifəsindən uzaqlaşdırılıb

İdman Materials 18 Sentyabr 2015 03:51 (UTC +04:00)
Beynəlxalq Futbol Assosiasiyasının (FİFA) baş katibi Jerom Valke vəzifəsindən uzaqlaşdırılıb.
FİFA-nın baş katibi vəzifəsindən uzaqlaşdırılıb

Azərbaycan, Bakı, 18 sentyabr /Trend/

Beynəlxalq Futbol Assosiasiyasının (FİFA) baş katibi Jerom Valke vəzifəsindən uzaqlaşdırılıb. Bu barədə Trend xarici KİV-lərə istinadən məlumat verir.

Braziliyanın kütləvi informasiya vasitələri xəbər verir ki, Valke 2014-cü ildə Braziliyada keçirilən Dünya çempionatında qeyri-qanuni bilet satışı ilə məşğul olub. Bu fəaliyyəti nəticəsində baş katib 2 milyon avroya qədər pul qazanıb.

FİFA-nın saytında yerləşdirilən məlumatda deyilir ki, Valke dərhal tutduğu vəzifəsindən uzaqlaşdırılıb: "FİFA-nın baş katiblə bağlı olan bəzi şübhələr haqqında xəbəri var və o Etika komitəsini rəsmi araşdırma aparmağa çağırıb."

Məqalədə:
Xəbər lenti

Xəbər lenti