...

AFFA Azərbaycan futzalçılarının məsxərəyə qoyulması ilə bağlı UEFA-ya etiraz etdi

İdman Materials 23 Sentyabr 2015 12:09 (UTC +04:00)
Azərbaycan Futbol federasiyaları Assosiasiyası (AFFA) UEFA-ya etiraz məktubu ünvanlayıb.
AFFA Azərbaycan futzalçılarının məsxərəyə qoyulması ilə bağlı UEFA-ya etiraz etdi

Azərbaycan, Bakı, 23 sentyabr /Trend, müxbir İlkin İzzət/

Azərbaycan Futbol federasiyaları Assosiasiyası (AFFA) UEFA-ya etiraz məktubu ünvanlayıb.

Trend xəbər verir ki, futzal üzrə Avropa çempionatının play-off mərhələsinin cavab oyunları çərçivəsində Trnava şəhərində keçirilmiş Slovakiya - Azərbaycan qarşılaşması üçün hazırlanmış oyun proqramının üz qabığında və akkreditasiya vəsiqələrinin üzərində Azərbaycan milli komandasının oyunçusunun karikaturası öz əksini tapıb.

Karikaturanın hazırlanması və nəşri AFFA ilə razılaşdırılmayıb. Bununla əlaqədar olaraq, AFFA Slovakiya Futbol Federasiyasına, Futzal Federasiyasına və UEFA-ya etirazını bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti