...

Yurgen Klopp "Liverpul"-un baş məşqçisi təyin olundu

İdman Materials 9 Oktyabr 2015 06:07 (UTC +04:00)
Dortmund "Borussiya"-nın keçmiş məşqçisi Yurgen Klopp İngiltərə futbol klubu "Liverpul"-un yeni baş məşqçisi təyin olunub.
Yurgen Klopp "Liverpul"-un baş məşqçisi təyin olundu

Azərbaycan, Bakı, 9 oktyabr /Trend/

Dortmund "Borussiya"-nın keçmiş məşqçisi Yurgen Klopp İngiltərə futbol klubu "Liverpul"-un yeni baş məşqçisi təyin olunub. Bu barədə Trend RİA Novosti agentliyinə istinadən xəbər verir.

Klub rəhbərliyi, komandanın bazar günü "Everton"-a qarşı oyunda göstərdiyi qeyri-kafi nəticələrə görə, baş məşqçi Brendan Rocersi istefaya göndərib.

Yeni məşqçi ilə müqavilənin müddəti dəqiqləşməyib, lakin bəzi KİV-lərin məlumatına görə, müqavilə 1 sezon uzadılma ehtimalı ilə 3 il müddətinə bağlanılıb.

Qeyd edək ki, hal-hazırda "Liverpul" İngiltərə Premyer Liqasında 8 turdan sonra 12 xalla 10-cu yerdə qərarlaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti