...

İtaliya - İrlandiya oyununu hakimlərimiz idarə edəcək

İdman Materials 9 Oktyabr 2015 16:15 (UTC +04:00)
Hakimlərimiz İtaliya yığmasının oyununa təyinat alıblar.
İtaliya - İrlandiya oyununu hakimlərimiz idarə edəcək

Azərbaycan, Bakı, 9 oktyabr /Trend/

Hakimlərimiz İtaliya yığmasının oyununa təyinat alıblar.

Trend AFFA-nın saytına istinadən məlumat verir ki, 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində oktyabrın 13-də Viçenza şəhərindəki Romeo Menti stadionunda keçiriləcək İtaliya - İrlandiya oyununu FIFA referisi Əliyar Ağayevin rəhbərlik etdiyi hakimlər briqadası idarə edəcək.

Onun köməkçiləri Zeynal Zeynalov və Rza Məmmədov olacaq. Dördüncü hakim funksiyasını Orxan Məmmədov yerinə yetirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti