...

Azərbaycanda ilk dəfə Uşaq Paralimpiya İdman Oyunları keçiriləcək

İdman Materials 9 Oktyabr 2015 18:59 (UTC +04:00)
6 noyabr 2015-ci il tarixdə Sumqayıt Paralimpiya idman kompleksində Milli Paralimpiya Komitəsi və "Azercell Telecom" MMC-nin birgə təşkilatçılığı ilə respublikada ilk dəfə olaraq Uşaq Paralimpiya İdman Oyunları keçiriləcək.
Azərbaycanda ilk dəfə Uşaq Paralimpiya İdman Oyunları keçiriləcək

Azərbaycan, Bakı, 9 oktyabr /Trend/

6 noyabr 2015-ci il tarixdə Sumqayıt Paralimpiya idman kompleksində Milli Paralimpiya Komitəsi və "Azercell Telecom" MMC-nin birgə təşkilatçılığı ilə respublikada ilk dəfə olaraq Uşaq Paralimpiya İdman Oyunları keçiriləcək.

Trend-in məlumatına görə, oyunlarda respublikanın müxtəlif regionlarından olan uşaq paralimpiyaçılar 4 idman növündə (cüdo, üzgüçülük, masaüstü tennis və boccia) öz güclərini sınayacaqlar. Ümumiyyətlə, bu yarışlara 50-dən çox sağlamlıq imkanları məhdud uşaq qatılacaq.

Qeyd edək ki, beynəlxalq təcrübədə ilk dəfə olaraq Milli Paralimpiya Komitəsi saglamlıq imkanları məhdud uşaqların kütləvi şəkildə idmana cəlb olunmalarını öz himayəsinə götürərək, 2013-cü ilin sentyabr ayında Komitənin nəznində Uşaq Paralimpiya Komitəsi yaradıb. Bu komitənin yaradılmasında əsas məqsəd ehtiyat idmançıların hazırlanması ilə yanaşı, saglamlıq imkanları məhdud uşaqların abilitasiya və reabilitasiya yolu ilə cəmiyyətə inteqrasiya olunmasına dəstək verməkdir.

Respublikada Uşaq Paralimpiya Hərəkatının inkişaf etdirilməsi məqsədilə "Azercell" Telecom MMC qarşılıqlı əməkdaşlıq çərçivəsində Milli Paralimpiya Komitəsinə dəstək verir.

İnformasiya dəstəyi: TREND

Məqalədə:
Xəbər lenti

Xəbər lenti