...

"Qəbələ" "Borussiya" ilə bacarmadı (VİDEO) (ƏLAVƏ OLUNUB)

İdman Materials 23 Oktyabr 2015 10:50 (UTC +04:00)
Bu gün UEFA Avropa Liqasının qrup mərhələsində III turun oyunları keçirilir.
"Qəbələ" "Borussiya" ilə bacarmadı  (VİDEO) (ƏLAVƏ OLUNUB)

(video əlavə olunub)

Azərbaycan, Bakı, 22 oktyabr /Trend/

Bu gün UEFA Avropa Liqasının qrup mərhələsində III turun oyunları keçirilir.

Trend-in məlumatına görə, "Qəbələ" Almaniyanın "Borussiya" (Dortmund) klubunu qəbul edib.

31-ci dəqiqədə Obameyanq 9-luğu dəqiq nişan almaqla təmsilçimizi məyus edib. 7 dəqiqə sonra Obameyanq "dubl"a, 72-ci dəqiqədə isə "het-trik"ə imza atıb - 0:3.

Son dəqiqələrdə isə "Qəbələ"nin futbolçusu Dodo təsəlli qolunu vurub - 1:3.

Beləliklə, "Borussiya" 3 oyundan 7 xalla qrup lideri, "Qəbələ" isə 1 xalla sonuncu yerdədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti