...

"Astana" "Atletiko"ya boyun əymədi

İdman Materials 3 Noyabr 2015 20:50 (UTC +04:00)
Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində IV turun oyunlarına start verilib.
"Astana" "Atletiko"ya boyun əymədi

Azərbaycan, Bakı, 3 noyabr /Trend/

Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində IV turun oyunlarına start verilib.

Trend-in məlumatına görə, turnirin debütantı - Qazaxıstanın "Astana" klubu İspaniyanın "Atletiko" (Madrid) komandasını qəbul edib.

Futbolçuların səylərinə baxmayaraq, oyunda hesab açılmayıb - 0:0.

Beləliklə, "Astana" C qrupunda 2 xalla sonuncudur. "Atletiko" isə 7 xalla hələlik birinci sıradadır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti