...

Ruslan Abışov millinin heyətindən çıxarıldı

İdman Materials 10 Noyabr 2015 15:22 (UTC +04:00)
Ruslan Abışov milli komandanın heyətindən çıxarılıb.
Ruslan Abışov millinin heyətindən çıxarıldı

Azərbaycan, Bakı, 10 noyabr /Trend/

Ruslan Abışov milli komandanın heyətindən çıxarılıb.

Trend AFFA-ya istinadən məlumat verir ki, noyabrın 17-də Bakı Olimpiya Stadionunda Moldova yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının heyətindən daha bir futbolçu çıxarılıb.

R.Abışov zədəli olduğu üçün Moldova yığmasına qarşı oyunda iştirak edə bilməyəcək.

Qeyd edək ki, bundan əvvəl millimizin toplanışına daha bir futbolçu dəvət olunub. "Qəbələ" klubunun üzvü Ürfan Abbasov millinin hazırlıq prosesində iştirak edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti