...

Millimiz 2015-ci ili qələbə ilə başa vurdu

İdman Materials 17 Noyabr 2015 22:56 (UTC +04:00)
Bu gün Azərbaycan millisi Moldova yığmasını qəbul edib.
Millimiz 2015-ci ili qələbə ilə başa vurdu

Bakı. Trend:

Bu gün Azərbaycan millisi Moldova yığmasını qəbul edib.

Trend-in məlumatına görə, Bakı Olimpiya Stadionda keçirilən oyunda hesabı 32-ci dəqiqədə rəqib komandanın futbolçusu açıb, lakin qapıların yerini "səhv salıb" - avtoqol.

45-ci dəqiqədə də rəqib futbolçu fərqlənib, bu dəfə hər şey dəqiq alınıb - 1:1.

Oyunun ikinci hissəsinə millimiz daha fəal başlayıb. 49-cu dəqiqədə Ağabala Ramazanov fərqlənib. Bu, oyunda sonuncu qol olub - 2:1.

Beləliklə, Azərbaycan millisi bu il sonuncu oyununu qələbə ilə başa vurub. Bu, həm də yığma komandamızın Bakı Olimpiya Stadionunda ilk qələbəsi olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti