...

Qaradağ rayonunda Veloidman növü üzrə birincilik keçirilib (FOTO)

İdman Materials 24 Noyabr 2015 09:26 (UTC +04:00)
“Olimpiya Hərəkatı” proqramı çərçivəsində Veloparkda Qaradağ rayon tam orta məktəbləri arasında veloidman növü üzrə Bakı şəhər birinciliyinin rayon mərkələsi keçirilib.
Qaradağ rayonunda Veloidman növü üzrə birincilik keçirilib (FOTO)

Bakı. Trend:

"Olimpiya Hərəkatı" proqramı çərçivəsində Veloparkda Qaradağ rayon tam orta məktəbləri arasında veloidman növü üzrə Bakı şəhər birinciliyinin rayon mərkələsi keçirilib.

Trend-in məlumatına görə, yarışda rayonun 23 məktəbinin VII, VIII sinif şagirdləri iştirak edib. Yarış estafet şəklində hər komandanın tərkibi 3 oğlan 1 qız olmaqla keçirilib.

Tədbirdə Qaradağ rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Abbasov, Azərbaycan Velosiped İdman Federasiyasının məsul işçisi Faiq Qurbanov iştirak edib.

Yarışda I yeri - 273, II yeri - 253, III yeri - 233 saylı məktəblərin komandaları tutublar. Qalib komandalar Qaradağ rayonunu Bakı birinciliyində təmsil edəcəklər. Qaliblər kubok və müvafiq dərəcəli diplomlarla təltif olunublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti