...

Daha 2 rayon məktəblilərinin velosiped yarışı keçirilib (FOTO)

İdman Materials 25 Noyabr 2015 18:39 (UTC +04:00)
Yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili, perspektivli idmançıların seçilməsi və velosiped idmanında kütləviliyin təmin olunması məqsədilə "Şağan" Olimpiya İdman Kompleksində Xəzər və Pirallahı rayonlarının orta məktəbləri arasında rayon çempionatı keçirilib.
Daha 2 rayon məktəblilərinin velosiped yarışı keçirilib (FOTO)

Bakı. Trend:

Yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili, perspektivli idmançıların seçilməsi və velosiped idmanında kütləviliyin təmin olunması məqsədilə "Şağan" Olimpiya İdman Kompleksində Xəzər və Pirallahı rayonlarının orta məktəbləri arasında rayon çempionatı keçirilib.

Azərbaycan Velosiped İdmanı Federasiyasından Trend-ə verilən məlumata görə, yarışda hər birinin tərkibində 3 oğlan və 1 qız olan 30 komanda iştirak edib.

Reqlamentə əsasən, kollektivlər 800 metrlik marşrut boyunca estafet sistemi üzrə yarışıblar. Nəticələrə gəlincə, Pirallahı rayonu məktəbləri arasında 1-ci yerə 235 saylı orta məktəbin komandası layiq görülüb. 243 və 108 saylı məktəblərin komandaları müvafiq olaraq 2-3-cü yerləri tutublar. Xəzər rayonu məktəblərinin mübarizəsinə gəlincə, 26 saylı orta məktəbin komandası bütün rəqiblərindən yaxşı çıxış edib. 2-ci yerə 92, 3-cü yerə isə 183 saylı orta məktəbin komandası layiq görülüb.

Qarşıdakı günlərdə paytaxtın digər rayonlarının məktəbləri arasında da anoloji yarışlar təşkil ediləcək. Bu yarışlarda ilk 3 yeri tutan komandalar isə final mərhələsi gələn ilin yanvarında təşkil ediləcək Bakı şəhər çempionatında iştirak hüququ əldə edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti