...

"Astana" Çempionlar Liqasında tarix yaza bilərdi

İdman Materials 25 Noyabr 2015 20:55 (UTC +04:00)
UEFA Çempionlar Liqasının qrup mərhələsində V turun növbəti oyunları keçirilir.
"Astana" Çempionlar Liqasında tarix yaza bilərdi

Bakı. Trend:

Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində V turun növbəti oyunları keçirilir.

Trend-in məlumatına görə, Qazaxıstanın "Astana" klubu C qrupunun lideri "Benfika" komandasını qəbul edib.

Artıq 19-cu dəqiqədə meydan sahibləri hesabı açıblar. 12 dəqiqə sonra Aniçiçin qolu isə lap gözlənilməz olub - 2:0.

Birinci hissənin son dəqiqələrində portuqaliyalılar fərqi azaldıblar. 73-cü dəqiqədə Ximenes dubla imza atıb - 2:2.

Beləliklə, "Astana" Çempionlar Liqasında ilk mümkün qələbəsini əldən verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti