...

"Qarabağ"ın oyununda 30 min bayraq (FOTO)

İdman Materials 26 Noyabr 2015 19:22 (UTC +04:00)
"Qarabağ" - "Tottenhem" oyununda tribunaya 30 min bayrağın düzülməsinə başlanılıb.
"Qarabağ"ın oyununda 30 min bayraq (FOTO)

Bakı. Trend:

UEFA Avropa Liqasının qrup mərhələsinin V turunda bu gün Bakıda keçiriləcək "Qarabağ" - "Tottenhem" oyununda tribunaya 30 min bayrağın düzülməsinə başlanılıb.

Trend xəbər verir ki, bu barədə Qol.Az-a klubun mətbuat xidmətindən məlumat verilib.

Bayraqda Azərbaycanın dövlət bayrağının rəngləri və "Qarabağ"ın emblemi əks olunub.

Xatırladaq ki, bundan əvvəl də "Qarabağ" - "Monako" qarşılaşmasının keçirildiyi Tofiq Bəhramov adına Respublika stadionuna oturacaqlarına 30 min Azərbaycan bayrağı düzülmüşdü.

"Qarabağ" - "Tottenhem" matçı bu gün saat 22:00-da başlayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti