...

Nəsimi rayonu məktəblilərinin velosiped yarışı (FOTO)

İdman Materials 28 Noyabr 2015 15:52 (UTC +04:00)
Nəsimi rayonunun orta məktəbləri arasında rayon çempionatı keçirilib.
Nəsimi rayonu məktəblilərinin velosiped yarışı (FOTO)

Bakı. Trend:

Yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili, perspektivli idmançıların seçilməsi və velosiped idmanında kütləviliyin təmin olunması məqsədilə paytaxtın Nəsimi rayonunun orta məktəbləri arasında rayon çempionatı keçirilib.

Azərbaycan Velosiped İdmanı Federasiyasından Trend-ə verilən məlumata görə, yarışda hər birinin tərkibində 3 oğlan və 1 qız olan 27 komanda iştirak edib.

Reqlamentə görə, kollektivlər 800 metrlik marşrut boyunca estafet sistemi üzrə yarışıblar. Nəticələrə gəlincə, 1-ci yerə 54 saylı orta məktəbin komandası layiq görülüb. 111 və 19 saylı məktəblərin komandaları isə müvafiq olaraq 2-3-cü yerləri tutublar.

Qarşıdakı günlərdə paytaxtın digər rayonlarının məktəbləri arasında da anoloji yarışlar təşkil ediləcək. Bu yarışlarda ilk 3 yeri tutan komandalar isə final mərhələsi gələn ilin yanvarında təşkil ediləcək Bakı şəhər çempionatında iştirak hüququ əldə edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti