...

Roman Qriqorçuk: "Bu, "Qəbələ"nin çatışmazlığı kimi qalır"

İdman Materials 30 Noyabr 2015 20:33 (UTC +04:00)
Bu gün Premyer Liqanın XIV turunda keçirilən “Qəbələ” - “Rəvan” matçından (1:1) sonra komandaların baş məşqçiləri oyunla bağlı fikirlərini bildiriblər.
Roman Qriqorçuk: "Bu, "Qəbələ"nin çatışmazlığı kimi qalır"

Bakı. Trend:

Bu gün Premyer Liqanın XIV turunda keçirilən "Qəbələ" - "Rəvan" matçından (1:1) sonra komandaların baş məşqçiləri oyunla bağlı fikirlərini bildiriblər.

Trend-in PFL-in saytına istinadən verdiyi məlumata görə, "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk qeyd edib: "Oyun barədə nə deyə bilərəm? Nəticədən narazıyam. Biz bu oyunda qalib gəlmək istəyirdik. Hücumlarımızın sonluğunu gətirə bilmirdik. Top bizdə çox olurdu, çox hücumlar edirdik, ancaq bu hücumları qola çevirə bilmədik. Bu bizim çatışmazlığımız kimi qalır. Bu səbəbdən xeyli xallar itiririk".

"Rəvan"ın baş məşçisi Bəhmən Həsənov isə əvvəlcədən oyunun ağır keçəcəyini bildiyini deyib: "Qəbələ"nin oyun üslubuna bələdik. Çox yaxşı komandadır. Qələbəni niyə əldən verdiyimizi deməyəcəyəm. Sadəcə hakimə minnətdaram. Başqa heç nə demirəm. İlk dəqiqələrdən vurulan və ya buraxılan qol adama o qədər təsir etmir, sonuncu saniyələrdə buraxdığımız qol bir az məni məyus edib. Ancaq nəticədən də, futbolçuların oyunundan da razıyam. Biz nə üçün gəlmişdiksə, onu əldə edib gedirik. Müdafiədən oynadıq, qolumuzu vurduq. Təəssüf ki sonda qol buraxdıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti