...

"Fənərbağça" şəriksiz liderdir

İdman Materials 1 Dekabr 2015 00:00 (UTC +04:00)
Türkiyə Superliqasında 13-cü tur başa çatıb
"Fənərbağça" şəriksiz liderdir

Bakı. Trend:

Türkiyə Superliqasında 13-cü tur başa çatıb.

Trend-in məlumatına görə, son oyun günündə "Fənərbağça" doğma meydanda "Trabzonspor"u qəbul edib.

Oyuna meydan sahibləri fəal başlayıblar - 11-ci dəqiqədə Nani hesabı açıb.

42-ci dəqiqədə qonaqların heyətində Alper Uludağ ikinci sarı vərəqə alaraq meydanı vaxtından əvvəl tərk edib.

88-ci dəqiqədə Fernandao son nöqtəni qoyub - 2:0.

Beləliklə, "Fənərbağça" 30 xalla vahid liderdir. 29 xallı "Beşiktaş" ikincidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti