...

"Real" azarkeşlərinə bəd xəbər

İdman Materials 3 Dekabr 2015 06:05 (UTC +04:00)
"Real" (Madrid) İspaniya kuboku çərçivəsində 3-cü diviziondan olan "Kadis" komandası ilə keçirilən oyunda Denis Çerışevın meydana çıxmasına görə turnirdən xaric oluna bilər.
"Real" azarkeşlərinə bəd xəbər

Bakı. Trend:

"Real" (Madrid) İspaniya kuboku çərçivəsində 3-cü diviziondan olan "Kadis" komandası ilə keçirilən oyunda Denis Çerışevın meydana çıxmasına görə turnirdən xaric oluna bilər.

Trend-in RİA Novosti agentliyinə istinadən verdiyi məlumata əsasən, oyun "Real"ın 3:1 hesablı qələbəsi ilə başa çatıb. Hesabı oyunun 3-cü dəqiqəsində D.Çerışev açıb. Bu onun komandada vurduğu ilk qol olub. Daha sonra 66 və 74-cü dəqiqələrdə İsko fərqlənib. "Kadis"in yeganə qolunu isə 88-ci dəqiqədə Kike Markes vurub.

Qeyd edək ki, rusiyalı futbolçu keçən mövsüm "Vilyareal"ın heyətində çıxış edərkən, martın 4-də İspaniya kubokunun yarımfinalında "Barselona"ya qarşı keçirilən oyunda sarı vərəqə alıb. Bu, ötənilki turnirdə onun üçüncü vərəqə olub. Buna görə də D.Çerışev turnirin növbəti oyununu buraxmalı idi. Bu matç da məhz "Kadis"ə qarşı oyuna təsadüf edib.

Bundan başqa, "Real"ın ehtiyat oyunçuları sırasında Borxa Mayoral da yer alıb. O isə keçən il yeniyetmələr arasında keçirilən eyni turnirdə qırmızı vərəqə alıb.

Beləliklə, Madrid klubu turnirin 1/16 finalının ilk oyunundan sonra İspaniya kubokundan xaric olunma təhlükəsi ilə üzləşib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti