...

"Neftçi" autsayderlə bacarmadı (FOTO/VİDEO)

İdman Materials 5 Fevral 2016 18:49 (UTC +04:00)
Bu gün Premyer Liqada XX turun oyunlarına start verilib.
"Neftçi" autsayderlə bacarmadı (FOTO/VİDEO)

Bakı. Trend:

Bu gün Premyer Liqada XX turun oyunlarına start verilib.

Trend-in məlumatına görə, ilk oyun günündə "Neftçi" autsayder "Rəvan"ı qəbul edib.

Gözlənilənlərin əksinə olaraq, oyuna qonaqlar aktiv başlayıblar - 48-ci dəqiqədə Ceyhun Abdullayev hesabı açıb.

"Neftçi"nin cavab qolu isə xeyli ləngiyib - 83-cü dəqiqədə Rodriges Filyo Jairo fərqlənib. Bu, matçda son qol olub - 1:1.

Beləliklə, "Neftçi" turnir cədvəlində 20 oyundan sonra 28 xalla 6-cı, "Rəvan" isə 8 xalla sonuncudur.

Trend PFL-in saytına istinadən oyundan geniş icmalı təqdim edir:

Məqalədə:
Xəbər lenti

Xəbər lenti