...

Stolüstü tennis üzrə Azərbaycan çempionatına start verilib

İdman Materials 8 Fevral 2016 20:01 (UTC +04:00)
Stolüstü tennis üzrə Azərbaycan çempionatına start verilib.
Stolüstü tennis üzrə Azərbaycan çempionatına start verilib

Bakı. Trend:

Fevralın 8-də "ŞÜA" İdman-Sağlamlıq kompleksində Gənclər və İdman Nazirliyinin və Azərbaycan Stolüstü Tennis Federasiyasının birgə təşkilatçılığı ilə stolüstü tennis üzrə Azərbaycan çempionatına start verilib.

Federasiyadan Trend-ə verilən məlumata görə, yarış beynəlxalq stolüstü tennis qaydalarına uyğun keçirilir. Çempionatda şəhər və rayonların yığma komandaları iştirak edirlər.

Yarışa fevralın 12-də yekun vurulacaq. Qaliblərə Gənclər və İdman Nazirliyinin və Azərbaycan Stolüstü Tennis Federasiyasının diplom və hədiyyələri təqdim olunacaq.

Xəbər lenti

Xəbər lenti