...

"Formula-1 mühəndislər üçün Playstation oyunudur"

İdman Materials 8 Fevral 2016 21:14 (UTC +04:00)
"Renault" komandasının keçmiş rəhbəri Flavio Briatore "Formula 1"-in köhnə vaxtları üçün darıxdığını bildirib.
"Formula-1 mühəndislər üçün Playstation oyunudur"

Bakı. Trend:

"Renault" komandasının keçmiş rəhbəri Flavio Briatore "Formula 1"-in köhnə vaxtları üçün darıxdığını bildirib.

Trend "F-1.az" saytına istinadən məlumat verir ki, F.Briatore "Renault" komandası ilə 2005 və 2006-cı illərdə dünya çempionu titullarını qazanıb. Ümumilikdə isə italiyalı karyerası ərzində Mixail Şumaxer, Fernando Alonso və Censon Batton kimi sürücülərlə işləyib.

F.Briatore "Formula 1"-in hazırkı vəziyyətindən heç də razı deyil: "Heyf ki, biz Formula 1-i itirdik. Formula 1-in köhnə vaxtları üçün çox darıxıram. Vaxtilə biz ("Renault" komandası - red.) çox güclü idik və bu, FIA-nın xoşuna gəlmirdi. Bizim güclü olmağımıza baxmayaraq, "Formula 1" əvvəllər olduğu kimi, daha güclü idi".

O, əlavə edib ki, insanlar artıq Formula 1-in mühəndislər üçün "Playstation" oyunu olduğunu düşünür: "Artıq "Formula 1" onlara maraqlı gəlmir və yarışlara baxmırlar. Belə heç nəyə nail ola bilməzsiniz. Əgər düz yolu seçsəniz, hələ də şansınız var".

Xəbər lenti

Xəbər lenti