...

Amerikalı yarış əfsanəsi müasir Formula 1-i dəstəkləyir

İdman Materials 11 Fevral 2016 16:36 (UTC +04:00)
Amerikalı yarış əfsanəsi Mario Andretti müasir Formula 1-in tənqid edilməsini düzgün saymır.
Amerikalı yarış əfsanəsi müasir Formula 1-i dəstəkləyir

Bakı. Trend:

Amerikalı yarış əfsanəsi Mario Andretti müasir Formula 1-in tənqid edilməsini düzgün saymır.

Trend "F-1.az" saytına istinadən məlumat verir ki, M.Andretti müasir "Formula 1" barədə fikirlərini bildirib: "İnsanlar həmişə "heyf deyildi keçmiş dövr" deyirlər, amma mən həmişə gələcəyə baxıram. F1 bu gün möhtəşəmdir. Bütün dünyada Formula 1-ə maraq var və texnologiya son həddədir. Keçmişdə böyük pilotlar var idi, ancaq illər keçir və dövr dəyişir. 30 yaş cavan olub pilot kimi çıxış etmək üçün çox şey qurban verərdim".

M.Andretti yeni Formula1-i dəstəkləyir

Onun sözlərinə görə, müasir Formula 1-ə haqsızlıq edirlər: "Keçmiş dövrlərə nisbətən dəyişən tək şey odur ki, biz daha təhlükəli maşınlarda və traslarda yarışırdıq".

M.Andretti mühərriklərin gücləndirilməsi ilə bağlı fikirləri də dəstəkləyir: "Hansı pilotdan soruşsanız deyəcək ki, güclü maşın sürmək istəyir. Bu, eyni zamanda fanlar üçün də çox vacibdir. Fanlar sürətli maşınlar görmək istəyir. Sürücülər çətin idarə olunan maşınlarla istedadlarını göstərə bilərlər".

Qeyd edək ki, M.Andretti 1978-ci ildə "Formula 1" üzrə dünya çempionu titulunu qazanıb və karyerası ərzində NASCAR, Le Man, IndyCar kimi müxtəlif seriyalarda çıxış edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti