...

Oleq Stepko: Dünya Kubokunun Bakıda keçirilməsi idman gimnastikasının daha da populyarlaşmasına xidmət edir (FOTO)

İdman Materials 12 Fevral 2016 16:51 (UTC +04:00)
Bakıda idman gimnastikası üzrə Dünya Kubokunun keçirilməsi Azərbaycanda bu idman növünün daha da populyarlaşmasına xidmət edir.
Oleq Stepko: Dünya Kubokunun Bakıda keçirilməsi idman gimnastikasının daha da populyarlaşmasına xidmət edir (FOTO)

Bakı. Trend:

Bakıda idman gimnastikası üzrə Dünya Kubokunun keçirilməsi Azərbaycanda bu idman növünün daha da populyarlaşmasına xidmət edir. Bunu Trend-ə müsahibəsində azərbaycanlı gimnast Oleq Stepko deyib.

Onun sözlərinə görə, mövsüm tez başladığına görə turnirə hazırlıq olduqca ağır keçir: "Adətən, mövsüm martın ortalarında başlayırdı, hazırda isə erkən starta görə hazırlıq sürətli templə və böyük yüklənmə ilə keçir. Fikrimcə, turnirə yaxşı da olmasa, ona yaxın formada hazırlaşacağam. Prinsipcə, bütün proqram hazırda işlənilib, hansısa elementlər çətinləşib, lakin onu "lazımi vəziyyət"ə çatdırmaq üçün bir az vaxt çatmadı".

O.Stepko qeyd edib ki, turnirin Bakıda keçirilməsi gimnastlar üçün əlavə stimul olacaq: "Dünya Kubokunun keçirilməsi böyük üstünlükdür və bu gimnastikanın daha da populyarlaşmasına xeyli dərəcədə xidmət edəcək. Çox maraqlı olacaq, çünki turnirə Asiya, Amerika və Braziliyadan idmançılar gələcəklər. Buna baxmaq maraqlı olacaq".

O, əlavə edib ki, Azərbaycandan olan iştirakçıların Avropa çempionatına iki heyətlə - əsas və gənclər - getməsi planlaşdırılır: "Biz iki komanda toplamaq və layiqli çıxış etmək üçün səy göstəririk. Avropa görə bilsin ki, artıq Azərbaycanın iki komandası var, biz işləyirik, inkişaf edirik və bizim perspektivli gənc idmançılarımız var. Tədricən, inamla yaxşı nəticələr qazanacağıq. Sadəcə, irəli hərəkət etmək, dayanmamaq, bunu nə üçün etdiyini bilmək lazımdır.

O.Stepko diqqətə çatdırıb ki, Mili Gimnastika Arenası yarışlara hazırdır: "Arena yenidir, orada hər şey var, dünya çempionatı və digər istənilən yarışı keçirmək olar. Bunun üçün hər cür şərait var".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti