...

"Şanslar bərabərdir"

İdman Materials 12 Fevral 2016 16:38 (UTC +04:00)
Futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Tino Perez DÇ-2016-nın pley-off mərhələsinin püşkünün nəticəsi ilə bağlı AFFA-nın saytına açıqlama verib.
"Şanslar bərabərdir"

Bakı. Trend:

Futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Tino Perez DÇ-2016-nın pley-off mərhələsinin püşkünün nəticəsi ilə bağlı AFFA-nın saytına açıqlama verib.

Baş məşqçi deyib ki, Niderland yığmasının heyətində Mərakeş əsilli futzalçılar çoxluq təşkil edir: "Komandanın oyun dəst-xətti haqqında geniş məlumata sahib deyilik, amma birinci oyuna qədər lazımi informasiyanı əldə edəcəyik. Yalnız son oyunlardakı nəticələri barədə məlumatlıyıq. Şanslara gəldikdə, 50-nin 50-yə - bərabər dəyərləndirirəm".

T.Perez əlavə edib ki, birinci oyundan sonra yekun fikir bildirmək olar: "İlk oyunu səfərdə keçirəcəyik ki, bunu da komandamız üçün əlavə üstünlük hesab edə bilərik".

Xəbər lenti

Xəbər lenti