...

Stolüstü tennis üzrə Azərbaycan çempionatı (NƏTİCƏLƏR)

İdman Materials 13 Fevral 2016 12:03 (UTC +04:00)
Azərbaycan Gənclər və İdman Nazirliyinin və Azərbaycan Stolüstü Tennis Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən Azərbaycan çempionatı başa çatıb.
Stolüstü tennis üzrə Azərbaycan çempionatı (NƏTİCƏLƏR)

Bakı. Trend:

Cari ilin 8-12 fevral tarixlərində "ŞÜA" İdman-Sağlamlıq kompleksində Azərbaycan Gənclər və İdman Nazirliyinin və Azərbaycan Stolüstü Tennis Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən Azərbaycan çempionatı başa çatıb.

Federasiyadan Trend-ə verilən məlumata görə, yarışlar beynəlxalq stolüstü tennis qaydalarına uyğun keçirilib və qaliblərə diplom və hədiyyələr təqdim olunub.

Çempionatın qalibləri:

Kişilərin komanda yarışları:

I yer - Bakı-2
II yer - Bakı-3
III yer - Bakı-1

Qadınların komanda yarışları:

I yer - "Qarabağ NN" klubu
II yer - Bakı-1 Tennis Məktəbi
III yer - Sumqayıt

Qadınların şəxsi yarışları:

I yer - Chen Xintai ("Qarabağ NN" klubu)
II yer - Wang Miao ("Qarabağ NN" klubu)
III yer - İmanova Məryəm

Kişilərin şəxsi yarışları:

I yer - Yang Xinyu ("Qarabağ NN" klubu)
II yer - Wang Chenxi ("Qarabağ NN" klubu)
III yer - Cəfərov Ramil

Qadınların qoşa yarışları:

I yer - İmanova Məryəm - Şirinova Şərmin
II yer - Quliyeva Rüfət - Qarayeva Nəzakət
III yer - Məmmədli Fatimə - Əhmədova Nəzrin

Kişilərin qoşa yarışları:

I yer - Şahgəldiyev Əliverdi - Wang Chenxi
II yer - Allahverdiyev Vəzir - Yang Xinyu
III yer - Həşimli Xəyal - Qafarlı Yusif

Qarışıq qoşa yarışlar:

I yer - Wang Chenxi - Məmmədli Fatimə
II yer - İmanova Məryəm - Allahverdiyev Vəzir
III yer - Quliyeva Rüfət - Əliyev Rüstəm

Məqalədə:
Xəbər lenti

Xəbər lenti