...

Braziliyalı idmançı Bakıda idman gimnastikası üzrə Dünya Kubokunda gimnastika tirində qızıl qazanıb

İdman Materials 21 Fevral 2016 17:15 (UTC +04:00)
Braziliyalı gimnast Flavia Lopes Sarayva Bakıda idman gimnastikası üzrə Dünya Kubokunda gimnastika tirində qızıl medal qazanıb.
Braziliyalı idmançı Bakıda idman gimnastikası üzrə Dünya Kubokunda gimnastika tirində qızıl qazanıb

Bakı. Trend:

Braziliyalı gimnast Flavia Lopes Sarayva Bakıda idman gimnastikası üzrə Dünya Kubokunda gimnastika tirində qızıl medal qazanıb.

Onun inəticəsi 14.800 bal olub.

İkinci və üçüncü yeri müvafiq olaraq isveçli Emma Larsson (13.650 bal) və avstriyalı Eliza Hammerle (13.350 bal) tutub.

Azərbaycanlı gimnast Marina Nekrasova isə 13.050 balla medallardan bir addım geridə qalıb.

Qeyd edək ki, İdman gimnastikası üzrə FIG Dünya "Challenge" Kuboku fevralın 21-də 2015-ci ildə İlk Avropa Oyunları zamanı altı gimnastika növünə ev sahibliyi etmiş Milli Gimnastika Arenasında başa çatacaq. Kubokda ayrı-ayrı alətlər üzrə medallar uğrunda 45 kişi və 22 qadın gimnast mübarizə aparır, ümumilikdə isə yarışlarda 19 ölkədən idmançı iştirak edir.

İdman yarışlarının ilk iki günündə kişi və qadın gimnastları arasında Kubokun təsnifat mərhələləri keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti